"ABB-Moskva"nın İdarə heyətinin sədri “Azərpoçt"a baş direktor təyin edilib

"ABB-Moskva"nın İdarə heyətinin sədri “Azərpoçt"a baş direktor təyin edilib
# 09 aprel 2018 11:05 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi yanında “Azərpoçt" MMC-yə yeni baş direktor təyin edilib.

"APA-Economics"in məlumatına görə, Emin Əfəndiyev aprel ayından yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, 2015-2018-ci illərdə Azərbaycan Beynəlxalq Bankının Rusiya Federasiyasındakı törəmə bankında, "Bank MBA-Moskva"da İdarə Heyətinin sədri vəzifəsində işləyib.

Xatırladaq ki, martın 14-də keçirilmiş Bankın Səhmdarlarının Ümumi Yığıncağında “Bank “MBA-Moskva”, “ABB-Gürcüstan” və “Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR