Son 5 ildə Azərbaycan Türkiyədən 5 mln. dollarlıq dondurma idxal edib

Son 5 ildə Azərbaycan Türkiyədən 5 mln. dollarlıq dondurma idxal edib
# 31 avqust 2017 07:46 (UTC +04:00)

Türkiyənin 5 il ərzində xarici ölkələrə ixrac etdiyi dondurmadan əldə etdiyi gəlirin həcmi açıqlanıb.

"APA-Economics" "Yeni Şafak" nəşrinə istinadən xəbər verir ki, dünyanın ən böyük 15-ci dondurma və sərinləşdirici qidalar ixracatçısı olan qardaş ölkə 2012-ci ilin yanvar ayından cari ilin iyun ayına qədər 68 ölkəyə 88 min 366 ton dondurma ixrac edib.

Hesabat dövründə Türkiyə Azərbaycana 5 mln. 59 min dollarlıq dondurma ixrac edib. Beləliklə, Azərbaycan Türkiyənin dondurma ixracatçıları üçün 6-cı ən iri bazara çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR