Şabranda qadından pul oğurlayan şəxs saxlanılıb

Şabranda qadından pul oğurlayan şəxs saxlanılıb
# 12 may 2018 10:24 (UTC +04:00)

Şabran rayon sakini Zülfiyyə Qəmbərova Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edərək mayın 8-nə keçən gecə Çarxı kəndi ərazisində sərnişini olduğu avtomobildə digər sərnişinin ona məxsus 1517 manat pulu götürüb, bir qədər sonra onu avtomobildən düşürdüyünü bildirib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xaçmaz Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Rəhimoba kənd sakini Cavid Seyidov olduğu müəyyənləşdirilib. O, RPŞ-ə gətirilib və bu əməli törətdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR