Lənkəranda 44 yaşlı kişi intihara cəhd edib

Lənkəranda 44 yaşlı kişi intihara cəhd edib
# 11 dekabr 2016 19:06 (UTC +04:00)

Lənkəranda intihara cəhd hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 11-də saat 21.00 radələrində şəhərin Müzəffər Nəsirli, 43 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1972-ci il təvəllüdlü Ramiz Aydın oğlu Zeynalov evinin rəncərəsinin şüşəsini sındıraraq qarın nahiyəsini kəsməklə intihara cəhd edib. Hadisə barədə xəbər tutan yaxınları dərhal evə təcili yardım maşını çağırıblar. R.Zeynalov Lənkəran Mərkəzi Rayon Xəstəxanaına çatdırılan kimi əməliyyat blokuna götürülüb. Hazırda həkimlər onun həyatını xilas etmək üçün mümkün olan tədbirləri görürlər.

Faktla bağlı araşdırma aparılır.

Ağəddin Babayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR