Etirazçıların bir hissəsi İrəvanın mərkəzindəki oturaq aksiyanı dayandırır

Etirazçıların bir hissəsi İrəvanın mərkəzindəki oturaq aksiyanı dayandırır
# 30 iyun 2015 08:18 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, etirazçıların əksəriyyəti aksiyanı Baqramyan prospektində davam etdirirlər.

“Talana yox” hərəkatının fəalı Maksim Sarkisyan bildirib ki, bu gün keçiriləcək brifinqdə onların gələcək addımları açıqlanacaq.

Hərəkatın liderlərindən olan Vaqinak Şuşanyan isə bəyan edib ki, mübarizə yeni müstəviyə keçir. Onun sözlərinə görə, fəallar ekspertlərin, iqtisadçıların və hüquqşünasların yer alacağı qruplar yaratmaq fikrindədirlər. Həmin qruplar sonra konkret təkliflərlə çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR