Gəncə Hava Limanı yaxınlığında 31 ədəd təlimə yararsız bomba tapılıb

Gəncə Hava Limanı yaxınlığında 31 ədəd təlimə yararsız bomba tapılıb
# 29 noyabr 2019 11:49 (UTC +04:00)

Gəncədə hərbi sursat tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Poçt qəsəbəsi Gəncə Hava Limanın yaxınlığında hərbi sursat tapılması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal hadisə yerinə ANAMA və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları çıxıb. Əraziyə baxış keçirilərkən 31 ədəd təlimə yararsız təlim bombası aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR