Hindistanda təyyarə uçuş-enmə zolağından çıxıb, xəsarət alanlar var

Hindistanda təyyarə uçuş-enmə zolağından  çıxıb, xəsarət alanlar var
# 27 dekabr 2016 04:33 (UTC +04:00)

“Jet Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Hindistanın Qoa ştatının “Dabolim” hava limanında uçuş-enmə zolağından çıxıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident nəticəsində bir neçə sərnişin yüngül xəsarət alıb. Zərərçəkənlərə müvafiq tibbi yardım göstərilib.

Hindistanın kurort ştatı Qoadan Mumbaya uçan təyyarənin göyərtəsində 154 sərnişin olub.

Aeroportun işi müvəqqəti dayandırılıb. İnsidentin səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR