Nazirlik: Ermənistanda pensiyaların Azərbaycandan yüksək olması barədə fikirlər reallıqdan uzaqdır

Nazirlik: Ermənistanda pensiyaların Azərbaycandan yüksək olması barədə fikirlər reallıqdan uzaqdır
# 26 yanvar 2018 13:08 (UTC +04:00)

"Ermənistan Mərkəzi Bankının rəhbərinin Ermənistanda pensiyaların səviyyəsinin Gürcüstan və Azərbaycandan yüksək olması barədə səsləndirdiyi fikir reallıqdan uzaq olmaqla, bütün sahələrdə dərin böhran içində olan Ermənistanda getdikcə daha da pisləşən sosial vəziyyət barədə heç bir əsas olmadan müsbət rəy yaratmağa yönələn mənasız cəhddən başqa bir şey deyil".

"APA-Economics" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

“Bunu aydın şəkildə görmək üçün Moskvada yerləşən Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının MDB ölkələri üzrə 2017-ci ilə dair pensiyaların orta aylıq məbləği ilə bağlı açıqladığı göstəricilərə diqqət yetirmək kifayətdir”, - deyə E. Babayev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR