Bakıda avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Bakıda avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb
# 07 may 2018 22:52 (UTC +04:00)

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun Kürdəxanı qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Əkbərov Şahzadə Təhməz oğlunun idarə etdiyi avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Yaralı tanışlarının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə verilib. Hazırda vəziyyəti ağır olaraq qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR