Dənizdə batmaq təhlükəsi ilə üzləşən Lənkəran sakini xilas edilib

Dənizdə batmaq təhlükəsi ilə üzləşən Lənkəran sakini xilas edilib
# 07 avqust 2017 15:24 (UTC +04:00)

Lənkəran sakini dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranın Siyavər kəndi ərazisində yerləşən çimərliyin yaxınlığında baş verib.

Dənizdə batmaq təhlükəsi ilə üzləşən Lənkəran rayonunun Şıxıkəran kənd sakini, 1996-cı il təvəllüdlü Kənan Abbaszadə yaxınlıqdakı insanların köməkliyi ilə sudan çıxarılıb. O, onların köməkliyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən K.Abbaszadəyə tibbi yardım göstərilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR