Bakıda qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Bakıda qəzada xəsarət alanların kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 19 yanvar 2018 18:51 (UTC +04:00)

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nı xəbərinə görə, avtoqəza Hövsan-Türkan yolunda qeydə alınıb.

Avtoqəza zamanı 3 nəqliyyat vasitəsi zəncirvari qəza törədib. Məlumata görə, ilk toqquşma "Ford" markalı avtomobilin sürücüsünün qəfildən əyləci sıxması nəticəsində olub. Bu vaxt arxadan gələn "Opel" markalı minik maşını zərblə ona çırpılıb. Ara məsafəsini qorumayan "Kia" markalı avtomobilin sürücüsü də qəzadan yayına bilməyib. Zəncirvari toqquşma zamanı "Ford" yaxınlıqdakı daş hasara da dəyib.

Avtoqəza nəticəsində 6 nəfər - 26 yaşlı Rəhimov Fariz Eynulla oğlu, 61 yaşlı Rəhimov Eynulla Yadulla oğlu, 20 yaşlı Rəhimova Aysel Ağamalı qızı, 39 yaşlı Məmmədov Eminağa Məmmədağa oğlu, 51 yaşlı Şahin Məmmədov və 54 yaşında Lada adlı şəxs xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Yol qəzasının təfərrüatlarını isə Suraxanı RPİ-nin istintaqçıları araşdırır.

***

20:31

Bakının Suraxanı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, qəza Hövsan qəsəbəsində baş verib.

İlkin məlumata görə, iki yük və bir minik maşını toqquşub. Xəsarət alan şəxslər aşağı ətraflarının sınığı xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Suraxanı Polisi hadisəylə əlaqədar araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR