Kürdəmirdə 4 otaqlı ev yanıb

Kürdəmirdə 4 otaqlı ev yanıb
# 18 oktyabr 2016 01:24 (UTC +04:00)

Bakı-APA. Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Kürdəmir rayonu, Qarabucaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 336 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 m2 və eyvanın lambirdən ibarət tavanı 80 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR