İtaliya prezidenti parlamenti buraxıb

İtaliya prezidenti parlamenti buraxıb
# 28 dekabr 2017 19:39 (UTC +04:00)

İtaliya prezidenti Serco Matarella parlamenti buraxıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə prezident dəftərxanasının bəyanatında bildirilir.

İtaliya Konstitusiyasına əsasən, qərar verməzdən əvvəl dövlət başçısı baş nazir Paolo Centilonini və səlahiyyətlərinin müddətinin başa çatmış qanunverici orqanın hər iki palatasının spikerlərini qəbul edib.

İtaliya Nazirlər Şurasının iclasında növbəti seçkilərin martın 4-nə təyin olunmasına dait qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR