Almaniyanın XİN başçısı Xəlifə Haftarla görüşmək üçün Benqaziyə gedib

Almaniyanın XİN başçısı Xəlifə Haftarla görüşmək üçün Benqaziyə gedib
# 16 yanvar 2020 17:37 (UTC +04:00)

Almaniyanın Xarici İşlər naziri Hayko Maas Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarla görüşəcək.

APA-nın "LİBYAALAHRAR.TV"yə istinadən verdiyi xəbərə görə, Almaniya Xarici İşlər Nazirliyi Hayko Maasın Xəlifə Haftarla görüşmək üçün Benqaziyə səfərə getdiyini bəyan edib.

Daha öncə Almaniya XİN başçısı jurnalistlərə açıqlamasında bildirib ki, Liviya münaqişəsinin hərbi yolla həlli qeyri-mümkündür və Berlində keçiriləcək konfrans Liviya daxilində siyasi dialoqun başlamasına imkan yaradacaq.

Qeyd edək ki, yanvarın 19-da Berlində Liviya ilə bağlı beynəlxalq sammit keçiriləcək. Artıq Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar və Liviyanın Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac bu sammitdə iştirak edəcəklərini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR