Gəncədə sürücülər arasında mübahisə bıçaqlanma ilə bitib

Gəncədə sürücülər arasında mübahisə bıçaqlanma ilə bitib
# 22 mart 2020 21:10 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Şəxsi avtomobilini idarə edən Bakı sakini, 1988-ci il təvəllüdlü Nəbiyev Rübail Razim oğlu digər sürücü tərəfindən bıçaqlanıb. O, kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. R.Nəbiyev dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, sürücülər arasında mübahisə onların biri-birilərinə yol verməsi olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR