NATO Baltikyanı ölkələrdə döyüş təyyarələrinin sayını iki dəfə azaldacaq

NATO Baltikyanı ölkələrdə döyüş təyyarələrinin sayını iki dəfə azaldacaq
# 04 avqust 2015 08:44 (UTC +04:00)

APA-nın sputniknews.com-a istinadən verdiyi xəbərə görə, bu barədə NATO rəsmisi Cey Yansen məlumat verib.

C. Yansen Baltikyanı ölkələrdə Hava Polisi Missiyası vəzifəsini yerinə yetirən döyüş təyyarələrinin sayının payızda iki dəfə azaldılacağını söyləyib.

Yansen deyib ki, ümumilikdə məqsədləri NATO və Avropa ölkələrini hava hücumundan qorumaqdır.

Qeyd edək ki, Estoniya, Litva və Latviyada NATO Hava Polisi Missiyasını 16 döyüş təyyarəsi yerinə yetirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR