Azərbaycan Mətbuat Şurası 2021-ci ilin martında jurnalistlərin “COVID-19” infeksiyası əleyhinə vaksinasiyasının aparılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət ünvanlayıb. Müraciət aidiyyatı üzrə Azərbaycan Respublikasını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində baxılıb, müvafiq tapşırıq verilib.
APA xəbər verir ki, bu barədə Mətbuat Şurasının 2021-ci il üzrə hesabatında əksini tapıb.
Qeyd olunub ki, Şura vaksinasiya olunacaq jurnalistlərin siyahısını “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (TƏBİB) təqdim etdi. Mətbuat Şurasında yaşı 18-dən yuxarı olan və vaksinasiyadan keçməyən media təmsilçilərinin vaksinasiyası həyata keçirilib. Proses aprel-sentyabr aylarını əhatə etdi. Ümumilikdə 600-dən çox KİV təmsilçisinin vaksinasiyası aparılıb.