Hindistan səfiri BANM-də olub

Hindistan səfiri BANM-də olub
# 06 fevral 2017 07:43 (UTC +04:00)

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Hindistanın Azərbaycandakı səfiri Sancay Rana ilə görüşüb.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, rektor Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən davamlı islahatlar və yeniliklər, professor-müəllim heyətinin, tələbələrin uğurlarından söz açıb. O, BANM-in fəaliyyətində beynəlxalq əlaqələrin xüsusi yer tutduğunu və bu Ali Məktəbin yarandığı gündən dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıqdan söz açan rektor gələcəkdə Hindistan universitetləri ilə qarşılıqlı əlaqələrin qurulmasının mümknülüyünü dilə gətirib. Rektor yaxın vaxtlarda Ali Məktəbdə “Hindistan neftinin atası” sayılan azərbaycanlı neftçi-alim Eyyub Tağıyevə həsr olunmuş tədbirin keçirilməsi təklifini irəli sürüb. O, səfiri öz ölkəsi ilə bağlı təqdimatla çıxış etmək üçün yenidən Ali Məktəbə dəvət edib.

Sancay Rana rektorun təkliflərini yüksək dəyərləndirdiyini deyərək razılıq verib. Hindistanla Azərbaycan arasında əlaqələrin inkişafından söz açan səfir əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində inkişafının əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı əməkdaşlıq, xüsusilə bir neçə hindistanlı tələbənin BANM-də Ali Məktəbin təqaüdü hesabına təhsili və digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR