Demokratların lideri Trampı “Twitter”də yazmağı dayandırmağa çağırıb

Demokratların lideri Trampı “Twitter”də yazmağı dayandırmağa çağırıb
# 25 oktyabr 2017 05:51 (UTC +04:00)

ABŞ Senatındakı demokratların lideri Çak Şumer prezident Donald Trampı “Twitter”də yazmağı dayandırmağa və amerikalıların problemlərini həll etməyə başlamağa çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ç.Şumer jurnalistlərə açıqlamasında bildirib.

“Prezident Tramp “Twitter”də yazmağa son qoyaraq, yaşamağa başlamalıdır. Biz bu prezidentdə liderlik müşahidə etmirik. Onun işi-gücü ancaq “Twitter”də yazmaq və problemləri qabartmaqdır. Amerikalılar istəmirlər bunu”, - deyə o jurnalistlərə bildirib.

“İstərdik ki, prezident çoxsaylı düşmən axtarmaqdansa, amerikalıların problemlərini həll etməyə başlamasın”, - deyə Şumer qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR