Erməni ailəsini qətlə yetirən Rusiya hərbçisinə hökm oxunub

Erməni ailəsini qətlə yetirən Rusiya hərbçisinə hökm oxunub
# 12 avqust 2015 18:23 (UTC +04:00)

Bakı-APA. Ermənistanın Gümrü şəhərində erməni ailəsini qətlə yetirən Rusiya hərbçisi Valeri Permyakovun məhkəməsi keçirilib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Gümrü qarnizonun daxil olduğu Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin məhkəməsi Valeri Permyakovu fərarilik və hərbi hissəni qanunsuz olaraq silahla tərk etdiyinə görə 10 il müddətinə azadlıqdan məhrum edib.

Valeri Permyakov tərəfindən bu ilin yanvar ayında Gümrü şəhərində Avetisyan ailəsinin 7 üzvünün qətlə yetirməsi ilə bağlı işə Ermənistan məhkəməsində baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR