Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Polis rəisi postlarına təyinatlar olub.
APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, bununla bağlı Ermənistan Prezidenti Armen Sarkisyan müvafiq sərəncamlar imzalayıb.
Prezidentin sərəncamlarına əsasən, Armen Sarkisyan Polis rəisi, Eduard Martirosyan isə Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin olunub.