Saşa Stamenkoviç Azərbaycana qayıda bilər

Saşa Stamenkoviç Azərbaycana qayıda bilər
# 08 yanvar 2018 13:20 (UTC +04:00)

Azərbaycan çempionatındakı çıxış etmiş serbiyalı qapıçı Saşa Stamenkoviçlə xorvatiyalı yarımmüdafiəçi Lukas Mario Xorvat yenidən ölkəmizə qayıda bilər. Apasport.az saytının məlumatına görə, bunu futbolçuların ötən il şərəfini qoruduğu “Okjetpes”in sabiq idman direktoru Rüstəm Rəcəbov deyib.

Hər iki futbolçunun təmsilçisi olan Qazaxıstan mətbuatına açıqlamasında legionerlərin Azərbaycanın iddiasız klubundan təklif aldığını bildirsə də, komandanın adını açıqlamayıb: “Saşa Stamenkoviç və Lukas Mario Xorvatla onların gələcək karyeralarını harada davam etdirmələri ilə bağlı danışmışam. Hazırda bu oyunçular Azərbaycan, Kipr və Serbiya klublarından bir neçə təklif alıblar. Amma bu klublar qarşısına böyük vəzifələr qoymayıb. Bu üzdən futbolçular iddiasız komandaya keçməklə bağlı qərar verməkdə tələsmir. Bir sözlə, agentləri onlar üçün başqa variantlar da axtarır”.

Qeyd edək ki, Stamenkoviç “Neftçi”, Xorvat “Bakı”nın şərəfini qoruyub. Onların son klubu olan “Okjetpes” isə aşağı dəstəyə yuvarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR