İmişlidə quldurluq edən şəxs müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinə dekabrın 17-də saat 5 radələrində şəhər ərazisində yaşayan S.Məmmədovanın evinə girən qonşusunun onu və anasını bıçaqla hədələyərək 170 manat pulunu alması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Qasımov saxlanılıb.
Faktl bağlı araşdırma aparılır.