Ağdaşda özünü güllələyən şəxs dünyasını dəyişib - YENİLƏNİB - VİDEO

Ağdaşda özünü güllələyən şəxs dünyasını dəyişib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 19 avqust 2015 16:30 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində rayonun Yenicə kəndində qeydə alınıb. Kənd sakini 1980-ci təvəllüdlü Qurban Mirzəquliyev özünə məxsus ov tüfəngi ilə sinəsinə atəş açaraq özünü yaralayıb.

Ürək nahiyəsindən güllə yarası alan Qurban Mirzəquliyev təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə Ağdaş Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Sonradan yaralının vəziyyəti ağırlaşdığı üçün reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. İlkin məlumata görə 35 yaşlı Qurban Mirzəquliyev spirtli içki aludəçisi olub. O, içkili vəziyyətdə anasının gözü qarşısında özünə qəsd edib. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

***

15:47

Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş rayonunda intihara cəhd hadisəsi qeydə alınıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Yenicə kəndində qeydə alınıb. Kənd sakini, 1980-ci təvəllüdlü Qurban Mirzəquliyev özünə məxsus ov tüfəngi ilə sinəsinə atəş açaraq özünü yaralayıb.

Ürək nahiyəsindən güllə yarası alan Qurban Mirzəquliyev təcili olaraq Ağdaş Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR