Şirvanda evə quldur basqını edən şəxs ailə üzvlərindən birini bıçaqlayıb

Şirvanda evə quldur basqını edən şəxs ailə üzvlərindən birini bıçaqlayıb
# 20 yanvar 2017 21:35 (UTC +04:00)

Şirvanda evə quldur basqını edən şəxs 35 yaşlı ailə üzvünü bıçaqlayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə 23.00 radələrində Şirvan şəhəri S.Mehmandarov küçəsi, 11 ünvanında baş verib.

Həmin ünvana oğurluq məqsədi ilə daxil olan şəxsin gəlişindən xəbər tutan ev sahibəsi qışqırıb. Bunu görən oğru qadını boğmaq istəyib. Anasının köməyinə gələn 1981-ci il təvəllüdlü Salahov Elbrus Bəhruz oğlu basqınçı tərəfindən bıçaqlanıb. Ağır bıçaq yarası alan 35 yaşlı E.Salahov Şirvan şəhər xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

Evə basqın edən şəxs aradan çıxmağa cəhd etsə də o, polis əməkdaşları tərəfindən yaxalanıb. Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR