Bakıda şirkətin yarım milyon manatdan çox pulunu mənimsəyən şəxslərin məhkəməsi başlayır

Bakıda şirkətin yarım milyon manatdan çox pulunu mənimsəyən şəxslərin məhkəməsi başlayır
# 11 yanvar 2020 10:05 (UTC +04:00)

“Fortis Group” MMC-nin yarım milyon manatdan çox pulunu mənimsəməkdə təqsirləndirilən Mahir Soltanlı, Sənən Mirzəxanlı, Elham Soltanov və Elvin Rəsulovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki, “Fortis Group” MMC tikinti ilə məşğul olan şirkətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR