Ötən il yeratı və yerüstü keçidlərin sıradan çıxmış 43 eskalatoru təmir edilib

Ötən il yeratı və yerüstü keçidlərin sıradan çıxmış 43 eskalatoru təmir edilib
# 13 yanvar 2020 12:39 (UTC +04:00)

2019-cu ildə yeratı və yerüstü keçidlərin sıradan çıxmış 43 eskalatoru təmir edilərək işlək vəziyyətə salınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, yeraltı və yerüstü piyada keçidlərinin sıradan çıxmış eskalatorları yerində təmiri mümkün olduğu təqdirdə Agentliyin təmir briqadaları tərəfindən qısa müddət ərzində işlək vəziyyətə salınır. Təmiri mümkün deyilsə ehtiyat hissəsi xaricdən sifariş verilir. Sifariş çatdırılan kimi eskalatorlar təmir olunur.

2020-ci ilin əvvəlindən “Azneft dairəsi” və “Sahil” metrostansiyası yaxınlığında, həmçinin Bayıl qəsəbəsində yerləşən piyada keçidlərinin sıradan çıxmış eskalatorları təmir edilib. Hazırda anoloji işlər bu kimi problemlər yaşanan digər keçidlərdə də aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR