Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Hacı Zeynalabdin qəsəbəsindən keçən avtomobil yolunda qeydə alınıb.
Belə ki, "VAZ 2110" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü 1963-cü il təvəllüdlü Pərviz Rüstəmov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.