Avstraliya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun tərkibi təsdiqlənib

Avstraliya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun tərkibi təsdiqlənib
# 13 mart 2017 13:15 (UTC +04:00)

Avstraliya parlamentində fəaliyyət göstərən Avstraliya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib.

Azərbaycanın Avstraliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, 25 nəfərdən ibarət qrupa həm Senatda (yuxarı palata), həm də Nümayəndələr Palatasında (aşağı palata) təmsil olunan aparıcı siyasi partiyaların üzvləri daxildir.

Hakim Liberallar Partiyasından olan senator Kristofer Bek (Christopher Back) qrupun sədri vəzifəsinə təsdiq edilib.

Avstraliya-Azərbaycan parlamentlərarası Dostluq Qrupu Avstraliya parlamentində fəaliyyət göstərən ən böyük dostluq qruplarından biridir.

Qeyd edək ki, Milli Məclisdə də 18 millət vəkilindən ibarət Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri deputat Xanlar Fətiyevdir.


Xatırladaq ki, Avstraliya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun sədri K. Bek 2016-cı ilin sentyabr ayında Azərbaycanda keçirilmiş ümumxalq səsverməsində (referendum) müşahidəçi olub. O, referendumun yüksək səviyyədə təşkil olunduğunu bildirib. Bununla yanaşı, K. Bek 14 fevral 2017-ci il tarixində Avstraliya Senatında Xocalı soyqırımı ilə bağlı bəyanat verib. Bu, Xocalı soyqırımı ilə bağlı Avstraliya parlamentində səsləndirilmiş ilk bəyanat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR