Paşha Bank
Bank Of Baku

Bakıda kişi birgə yaşadığı qadını qətlə yetirib - YENİLƏNİB - VİDEO

Bakıda kişi birgə yaşadığı qadını qətlə yetirib - YENİLƏNİB  - VİDEO
# 07 fevral 2022 15:00 (UTC +04:00)

Baş Prokurorluq Qaradağda baş verən qətllə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 7-də Qaradağ rayonu ərazisində yaşadığı evdə 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində kəsici alətlə yetirilməyə xarakterik olan çoxsaylı xəsarətlər aşkar edilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

14.51

Bakıda qətl hadisəsi törədilib.

APA-nın xəbərinə görə, hadisə Qaradağ rayonu “Qobu Park 2” yaşayış massivində qeydə alınıb. Həmin ünvanda yaşayan kişi qeyri-rəsmi nikahda yaşadığı qadına çoxsaylı bıçaq xəsarəti yetirib. Ağır xəsarət alan qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırılma aparılır.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR