Ukraynalı boksçu: “Avropa Oyunlarında iştirak etməkdən zövq aldım”

Ukraynalı boksçu: “Avropa Oyunlarında iştirak etməkdən zövq aldım”
# 25 iyun 2015 16:14 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bunu I Avropa Oyunlarının bürünc mükafatçısı Viktor Petrov deyib.

64 kq çəki dərəcəsi üzrə boks yarışlarında yarımfinala qədər irəliləyən ukraynalı idmançı həlledici görüşdə məğlubiyyətlə üzləşib. Onun finala gedən yolunu Azərbaycan təmsilçisi Lorenzo Sotomayor kəsib.

Üçüncülüklə kifayətlənən Petrov Avropa Oyunlarından həzz aldığını deyib: “Nəticə nə olursa-olsun, bu yarışda iştirak etməkdən zövq aldım. Təcrübəmi artırdım. Bu, mənə gələcək karyeramda çox faydalı olacaq. Əslində daha yüksək əyarlı medal qazanmaq istəyirdim. Amma bu planım baş tutmadı. İstənilən halda Avropa Oyunlarında yaxşı çıxış etdiyimi düşünürəm. Əgər yarışları medalla bitirə bilmişəmsə, deməli, öz çəki dərəcəmdə ən güclü idmançılardan biriyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR