ABŞ-a məxsus təyyarə tüstülənmə səbəbindən təcili eniş edib

ABŞ-a məxsus təyyarə tüstülənmə səbəbindən təcili eniş edib
# 30 oktyabr 2016 19:56 (UTC +04:00)

Kanadanın Toronto şəhərinə uçan, " American Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Denver şəhərinin (Kolorado ştatı) hava limanına dönərək təcili eniş edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, buna pilotların kabinəsindəki tüstülənmə səbəb olub.

Təyyarənin göyərtəsində 100 sərnişin və 5 ekipaj üzvü olub. Hadisə nəticəsində zərərçəkən yoxdur.

İnsidentin səbəbləri araşdırılır. Sərnişinlər digər təyyarə ilə Torontoya göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR