Külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb

Külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb
# 27 dekabr 2016 07:36 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı minik avtomobilinə stasionar qurğuda gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı minik maşınının yuxarı dam hissəsində gömrük nəzarətindən gizlədilmiş 115 200 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR