Ermənistanda Njdenin heykəli güllələnib

Ermənistanda Njdenin heykəli güllələnib
# 29 avqust 2017 13:16 (UTC +04:00)

Ermənistanın Sünik vilayətində faşist Almaniyası ilə əməkdaşlıq etmiş Qaregin Njdenin heykəli güllələnib.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, güllələnmiş heykəlin fotosunu vilayət qubernatorunun mətbuat katibi Vazgen Saqatelyan öz “Facebook” səhifəsində paylaşıb.

O bildirib ki, heykəlin bərpası ilə bağlı komissiya yaradılıb.

Xatırladaq ki, bu il mayın 28-də İrəvanda Q. Njdenin daha bir heykəlinin açılışı olub.

Üçüncü Reyxlə əməkdaşlıq etmiş, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti göstərmiş Q. Njdenin abidəsinin açılışı böyük səs-küyə səbəb olub.

Açılış mərasimində Ermənistan prezidenti və yüksək vəzifəli şəxslər iştirak ediblər. Ermənistan rəhbərliyinin bu addımı həm Rusiya, həm də beynəlxalq ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR