Vergilər naziri: “Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi dinamik şəkildə artır”

Vergilər naziri: “Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi dinamik şəkildə artır”
# 05 dekabr 2017 16:31 (UTC +04:00)

"Azərbaycan-Yaponiya əlaqələrində məhsuldarlıq müşahidə edilir. İkitərəfli ticarət dövriyyəsi dinamik şəkildə artır".

APA-nın xəbərinə görə, bunu bu gün vergilər naziri vəzifəsinə təyin olunan Mikayıl Cabbarov Yaponiyanın milli bayramı münasibətilə keçirilən tədbirdə deyib.

İmperatorun doğum günü münasibəti ilə Azərbaycan hökuməti adından Yaponiya hökumətini təbrik edən M.Cabbarov deyib ki, Azərbaycan hər sahədə Yaponiya ilə əməkdaşlıq imkanlarını öyrənməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR