Samux sakinini avtomobil vurub

Samux sakinini avtomobil vurub
# 23 fevral 2017 16:16 (UTC +04:00)

Samux sakinini avtomobil vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Kolayır kənd sakini, 2002-ci il təvəllüdlü Surxayev Nizami Telman oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə N. Surxayevi rayonun digər kəndində avtomobil vurub.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR