APA-nın xəbərinə görə, hadisə Antalyanın Kəmər rayonunda beşulduzlu hoteldə baş verib. Valideynləri və xalası ilə birlikdə tətilə gedən 6 yaşlı Leyla Rzayeva hotelin böyüklər üçün hovuzuna girib. Həmin vaxt azyaşlının xalası yanında olub. Bir müddət sonra hoteldə dincələn digər şəxslər azyaşlının hovuzun dibində hərəkətsiz olduğunu fərq ediblər. Sudan çıxarılan Leyla xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada keçinib.
Azyaşlının xalası, 34 yaşlı Ramidə Quliyeva baş vermiş hadisəyə görə, hoteli günahlandırıb. O, hoteldə heç bir təhlükəsizlik tədbirinin görülmədiyini iddia edib.
Antalyanın Serik rayonunda da hoteldə qalan rus ailənin 10 yaşlı oğlu Sergey Odajiu hovuzda boğularaq ölüb.
Türkiyədə 6 yaşlı azərbaycanlı qız hovuzda boğulub - VİDEO
06 avqust 2015 07:16 (UTC +04:00)
Hadisə
Bakıda narkotik satışı ilə məşğul olanlar saxlanılıblar
17:05
8 may 2024
Ombudsmanın əməkdaşları Ələsgər Məmmədli, Ülvi Həsənli və digərlərinə baş çəkib
16:42
8 may 2024
"Sədərək Yusif"in oğlunun evindən oğurluq edənin cəzası 1 il azaldılıb
16:15
8 may 2024
Masazırda saxta spirtli içkilər hazırlayan sex aşkarlanıb, dəstə üzvləri saxlanılıb - VİDEO
15:25
8 may 2024