Millətlər Liqasının oyunlarının başlama saatları açıqlanıb

Millətlər Liqasının oyunlarının başlama saatları açıqlanıb
# 24 yanvar 2018 12:07 (UTC +04:00)

Bu gün püşkü atılacaq Millətlər Liqasının oyunlarının başlama saatları bəllidi. Apasport.az saytının məlumatına görə, UEFA görüşlərin start fiti üçün 3 müxtəlif vaxt ayırıb.

Qarşılaşmalar Mərkəzi Avropa vaxtı ilə 18:00 və 20:45-də başlayacaq. Ölkəmizdə yay və qış vaxtlarına keçid olmadığından matçların başlama saatı Bakı saatına görə dəyişəcək. Bu, əvvəl 21:00 və 23:45, sonra isə 20:00 və 22:45-ə təsadüf edəcək.

Şənbə-bazar günlərində isə bəzi matçların daha tez başlaması nəzərdə tutulub. Həmin günlərdə 15:00-da (Bakı vaxtı ilə saat 18:00 və 17:00) da oyunlar başlayacaq.

Azərbaycanda keçiriləcək görüşlər isə istisna təşkil edəcək. Belə ki, ölkəmizdə, həmçinin Rusiya, Belarus, Türkiyə, Gürcüstan və Ermənistanda qarşılaşmaların start fiti daha tez veriləcək. Bu ölkələrdə oyunlar 18:00-dan (Bakı vaxtı ilə 21:00 və 20:00) gec başlamayacaq. Qazaxıstandakı görüşlər isə bundan 2 saat tez start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR