Almaniya, Azərbaycan və Gürcüstanın dövlət əmlakı mütəxəssisləri üçün Bakıda seminar təşkil olunacaq

Almaniya, Azərbaycan və Gürcüstanın dövlət əmlakı mütəxəssisləri üçün Bakıda seminar təşkil olunacaq
# 20 iyul 2018 10:28 (UTC +04:00)

"Yaxın günlərdə Bakıda Azərbaycan, Gürcüstan və Almaniyanın dövlət əmlakı sahəsində mütəxəssislərin iştirakı ilə birgə seminar keçiriləcək".

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib.

O deyib ki, seminar GIZ təşkilatı tərəfindən təşkil olunacaq: "Seminarda dövlət əmlakı sahəsində beynəlxalq təcrübə öyrəniləcək və təcrübə mübadiləsi həyata keçiriləcək".

Almaniyanın Federativ Maliyyə Nazirliyinin departament rəhbəri Petra Von Vik Bakıdakı birgə seminarın 2 həftədən sonra baş tutacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR