Azərbaycan prezidenti Pyotr Poroşenko ilə görüşüb - YENİLƏNİB

Azərbaycan prezidenti Pyotr  Poroşenko ilə görüşüb - <span style="color: red;">YENİLƏNİB
# 23 noyabr 2017 20:58 (UTC +04:00)

Noyabrın 23-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin və Ukrayna prezidenti Pyotr Poroşenkonun görüşü olub.

APA-nın xəbərinə görə, dövlət başçısı Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana səfərini xatırladaraq, bu səfərdən ötən müddət ərzində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın həyata keçirildiyini və yaxşı nəticələrin əldə olunduğunu qeyd edib. Ukrayna dövləti başçısının Bakıya səfəri zamanı siyasi, iqtisadi, energetika, nəqliyyat, beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı müzakirələrin aparıldığını deyən prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, ticarət dövriyyəsinin artırılması üçün lazımi addımlar atılacaq və bunun üçün yaxşı potensial mövcuddur.

Prezident Pyotr Poroşenko prezident İlham Əliyevə Ukrayna-Azərbaycan dostluq münasibətlərinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyevlə Davosda və Bakıda keçirdikləri görüşləri məmnunluqla xatırlayan prezident Pyotr Poroşenko həmin görüşlər zamanı əldə edilən razılaşmaların reallaşdırılmasından məmnunluğunu ifadə edib. O, Azərbaycanın Ukraynaya ixracının artmasını iqtisadi əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

**** 22.20

Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Pyotr Poroşenkonun görüşü olub. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR