Yəməndə vəba epidemiyası nəticəsində ölənlərin sayı 2 minə yaxınlaşır

Yəməndə vəba epidemiyası nəticəsində ölənlərin sayı 2 minə yaxınlaşır
# 04 avqust 2017 23:46 (UTC +04:00)

Yəməndə vəba epidemiyası səbəbindən ölənlərin sayı artmaqda davam edir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkənin səhiyyə naziri Naser Baaum bəyan edib.

Onun sözlərinə görə, aprelin sonundan etibarən ölkədə 1890 nəfər ölümcül xəstəliyin qurbanı olub. Bununla belə nazir qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Küveytin xeyriyyə təşkilatlarının dəstəyi sayəsində ölüm halları qismən azalıb.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı 27 aprel tarixindən bu günə qədər Yəməndə təxminən 368 min nəfərin vəba xəstəliyinə yoluxduğunu, onlardan 1828-in öldüyünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR