Moskvada VII Beynəlxalq Təhlükəsizlik Konfransı keçirilir

Moskvada VII Beynəlxalq Təhlükəsizlik Konfransı keçirilir
# 04 aprel 2018 08:50 (UTC +04:00)

Rusiya paytaxtında VII Beynəlxalq Təhlükəsizlik Konfransı keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən və 2 gün davam edəcək konfransda Yaxın Şərqdəki təhlükəsizlik problemləri müzakirə olunacaq. Konfransın əsas mövzusu Suriyada terrorçuların məhv edilməsidir. Rusiya tərəfi İŞİD-lə mübarizədə təcrübəsini konfrans iştirakçıları ilə bölüşəcək. Yaxın Şərq regionundakı vəziyyətin bundan sonrakı inişafı qiymətləndiriləcək.
Tədbirin gündəminə Avropa, Asiya, Afrika və Latın Amerikasında təhlükəsizlik məsələləri də daxil edilib.

Tədbiri giriş sözü ilə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev açaraq prezident Vladimir Putinin konfrans iştirakçılarına məktubunu oxuyub. Daha sonra Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu çıxış edib. O, Rusiyanın Suriyada terrorçulara qarşı apardığı mübarizədən danışıb. Nazirin sözlərinə görə, ölkəsinin Suriyada keçirdiyi hərbi əməliyyatlardan sonra vəziyyət kökündən dəyişib: “Suriyanın terrorçular tərəfindən işğal olunan ərazilərinin çox hissəsi azad edilib. Terrorçulara böyük zərbə endirilib. Terrorçular Suriyanı tərk etməyə, Afrika və Asiya ölkələrinə axın etməyə başlayıblar.”

Qeyd edək ki, VII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransına Azərbaycan müdafiə nazirinin müavini, general-leytnant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR