Gəncədə yolu süpürən qadını maşın vurub

Gəncədə yolu süpürən qadını maşın vurub
# 08 sentyabr 2015 08:20 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə yol süpürən qadını maşın vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə şəhərin Nizami küçəsində qeydə alınıb. Yolu süpürən 1983-cü il təvəllüdlü Rəsmiyyə İsmayılova yolla hərəkət edən avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR