Mingəçevirdə 2 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Mingəçevirdə 2 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
# 29 oktyabr 2016 09:46 (UTC +04:00)

Oktyabrın 28-də saat 13.00 radələrində Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, şəhər sakinləri Elvin Cəfərov idarə etdiyi "Opel" markalı avtomobili Vüsal Mədətovun idarə etdiyi "Volkswagen" markalı avtomobilə vurub. "Volkswagen"in sürücüsü idarəetməni itirdiyindən yolu keçən Ağdaş rayon sakini Gülay Abdullayevaya dəyib.

Nəticədə piyada, E. Cəfərov və 1 sərnişini, habelə V. Mədətovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR