Vladimir Putin Peterburqda terror aktının törədildiyi yerə baş çəkib

Vladimir Putin Peterburqda terror aktının törədildiyi yerə baş çəkib
# 03 aprel 2017 23:18 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda terror aktının baş verdiyi əraziyə gəlib.

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, Rusiya prezidenti Peterburqun "Texnoloji institut" metrosunun yerləşdiyi əraziyə gələrək terror aktı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq gül dəstəsi qoyub.

Qeyd edək ki, V. Putin Peterburqda baş vermiş terror aktı ilə bağlı Federal Təhlükəsizlik Xidmətinin İdarəsində iclas keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR