Gəncədə məmurun evindən oğurluq edilib

Gəncədə məmurun evindən oğurluq edilib
# 06 noyabr 2013 12:44 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kadrlar şöbəsinin müdirinin evindən oğurluq edilib.

Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kadrlar şöbəsinin müdiri Gilas Namazova polisə müraciət edərək bildirib ki, noyabrın 4-də evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər ona məxsus evin qapısını açaraq mənzildən bir ədəd “Toshiba” markalı kompüter, iki ədəd peyk antenasının blokunu, 2 ədəd pult və hər birinin dəyəri 100 manat olan 2 ədəd “Samsunq” markalı mobil telefonu aparıblar.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb. Oğurluğu törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR