Azərbaycanda türkiyəli iş adamını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Azərbaycanda türkiyəli iş adamını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 16 yanvar 2014 10:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əllizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda Türkiyə vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Rasim Əşrəf oğlu Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə yanvarın 21-nə təyin edilib.

Qeyd edək ki, Türkiyə vətəndaşı Mehmet Alimin meyiti iyunun 5-də saat 20.00 radələrində Azərbaycan prospekti ev 23, mənzil 20 ünvanında yerləşən “Göyçay Kerpicsan” MMC-nin ofisində aşkarlanıb. Araşdırmalar zamanı onun həmin şirkətin icraçı direktoru olduğu və bıçaqla qətlə yetirildiyi məlum olub.

Dərhal hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar. Nəticədə hadisəni törətməkdə şübhəli bilən 1958-ci il təvəllüdlü Qaradağ rayon Ələt qəsəbə sakini Rasim Əşrəf oğlu Məmmədov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR