AB-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan üzrə növbəti tərəqqi hesabatı bu ay çap olunacaq

AB-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan üzrə növbəti tərəqqi hesabatı bu ay çap olunacaq
# 11 mart 2014 08:18 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Avropa Birliyinin (AB) Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan üzrə növbəti tərəqqi hesabatı martın sonunda çap olunacaq.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Qeyd edək ki, AB hər il Avropa Qonşuluq Siyasətinə daxil olan 16 ölkə, o cümlədən Azərbaycandakı inkişaf haqqında hesabat dərc edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR