Mübariz Qurbanlı saxta kəbinlərin kəsilməsindən narahatlığını ifadə edib

Mübariz Qurbanlı saxta kəbinlərin kəsilməsindən narahatlığını ifadə edib
# 17 dekabr 2014 09:41 (UTC +04:00)

APA-nın məlumatına görə, Bakıda keçirilən “Dövlət-Din münasibətləri və vətəndaş cəmiyyəti” adlı konfransda M. Qurbanlı bildirib ki, son vaxtlar İslamın qaydalarına zidd kəbin kəsənlərin sayı artıb.

Komitə sədri qeyd edib ki, xüsusən erkən evliliklərdə tərəflərdən birinin iştirakı olmadan kəbinlər kəsilir: “Bu kəbini kəsən axund və ya imam nə etdiyini bilirmi? Kəbin kəsiləndə hər iki tərəf iştirak etməlidir və bu, İslamın çox konkret tələblərindən biridir. Əgər onlardan biri iştirak etmirsə bu, kəbin deyil, haramdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR