Bakıda banka saxta əsginas vermək istəyən iki qadın saxlanılıb

Bakıda banka saxta əsginas vermək istəyən iki qadın saxlanılıb
# 31 iyul 2015 10:56 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda banka saxta əsginas vermək istəyən şəxslər saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 30-da Nəsimi rayonu ərazisindəki “Unibank”ın Əcəmi filialında, kassada işləyən işçiyə 1 ədəd 50 manatlıq saxta əsginas vermək istəyən Bakı şəhər sakinləri Ofelya Haqverdiyeva və Mətanət Novruzova Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR